“Səbail” və “Turan Tovuz” zəiflərə səfərdə "qan uddurdu"

22 Fevral 2017 17:48 I Divizion 782
“Səbail” və “Turan Tovuz” zəiflərə səfərdə "qan uddurdu"

Bu gün I Divizionda XVII tura start verilib. Sportinfo.az-ın məlumatına görə, turun ilk günündə 3 qarşılaşma baş tutub. Bütün oyunlarda böyük hesab qeydə alınıb. “Turan Tovuz” və “Səbail” autsayderlər qrupunda yer alan “Energetik”lə “Göyəzən”i darmadağın edib. Liderlər rəqiblərinin qapısından hərəyə 7 qol keçirib. “Qaradağ Lökbatan” isə “Ağsu”nu 3 cavabsız qolla məğlub edib. Bu da paytaxt təmsilçisinə irəliləmək imkanı verib.

“Qaradağ Lökbatan” - “Ağsu” 3:0
Əliqulu Manafov, 10, 45+1; Rüfət Məmmədov, 87 (p.)

“Göyəzən” - “Səbail” 0:7
Bayram Budaqov, 11, 38, 76, 80; Fərid Səmədzadə, 23, 65; Tanrıverdi Məhərrəmli, 87

“Energetik” - “Turan Tovuz” 1:7
Nicat Əhmədov, 29 // Tuqay Alhüseynli, 10; İlkin Sadıqov, 15, 35; Aqşin Muxtaroğlu, 24, 55; Mehman Behbudov, 54; Rəhman Musayev, 67

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti