"Qəbələ" Qusar "Şahdağ"ının gənc hücumçusu Sərxan Ağayevi diqqət göstərib. Sportinfo.az-ın məlumatına görə, "qırmızı-qaralar" I Divizionun XV turunda "Şəmkir"lə səfər oyununda ağır zədələnərək xəstəxanaya çatdırılan futbolçuya maddi dəstək olublar.
Onlar Sərxanla əlaqə saxlayaraq vəziyyəti ilə yaxından maraqlanıblar. "Şahdağ" alqışalayiq addıma görə "Qəbələ" nin futbolçularına dərin minnətdarlığını bildirir. Ağayev rəqiblə mübarizədən sonra aldığı zərbə nəticəsində huşunu itirərək əvvəlcə Şəmkir, sonra Gəncə xəstəxanasına aparılıb.

