ÖZƏL! "Qarabağ"ın məşqçisinin qardaşı I Divizion klubuna sponsorluq etməyə başladı

21 Fevral 2017 09:48 I Divizion 1 234
ÖZƏL! "Qarabağ"ın məşqçisinin qardaşı I Divizion klubuna sponsorluq etməyə başladı

FİFA-nın qəzəbinə tuş gələn və bütün xal ehtiyatı silindiyi üçün ikinci dövrəyə 0-la başlayan "Rəvan" artıq yeni sponsoruna qovuşub. Bu sövdələşmə və detalları hələlik rəsmən açıqlanmır. Ancaq redaksiyamızda olan məlumata görə, "Nurgün" Şirkətlər Qrupunun sahibi Nuru Əliyev himayəsindəki kluba başqasının da maliyyə yardımı göstərməsinə razılaşıb.

"Ağ atlı oğlan"ın kimliyi də bizə məlumdu. Həmin şəxs yayda futbolçu karyerasını bitirən, hazırda isə "Qarabağ"da Qurban Qurbanovun məşqçilər korpusunda yer alan Namiq Yusifovun qardaşıdı. O, "Rəvan"ın oyunçularının bu ildən etibarən maaşlarını ödəməyi öz üzərinə götürüb. Həmçinin komanda yeni geyim dəstələri və inventarla təmin edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM