Qəhrəman Əliyevlə yollarını ayıran "Şəmkir"in yeni baş məşqçi arayışı sürməkdədi. Qərb klubu bu axtarış kampaniyasına AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyini də cəlb edib. 10 nəfərə yaxın namizədin adının yer aldığı siyahı tutulub.
"Qırmızı-ağlar" prosesi ayın 23-dək, yəni, "Zaqatala" ilə qaoşılaşmayadək sonuclandırmaq istəyir. Problem irəli sürülən tələbdədi. Belə ki, komandanı çempion edəcəyinə söz verən məşqçi hələlik Elvin Səfərlinin qarşısına çıxmayıb.
"Şəmkir" 15 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 28 xala malik əyalət təmsilçisi lider "Turan-Tovuz"dan 8 xal geri qalır. Növbəti 2 tur üçqat ölkə çempionunun çempionluq perspektivinə aydınlıq gətirəcək. Şəmkirlilər əvvəlcə "Zaqatala"nı qonaq edəcək, ardınca Tovuz səfərinə çıxacaq.
SPORTİNFO.AZ

