"Mən biləni, AFFA "Zaqatala"nı Premyer Liqada görmək fikrindədi"

20 Fevral 2017 19:36 I Divizion 1 041
"Mən biləni, AFFA "Zaqatala"nı Premyer Liqada görmək fikrindədi"

"Növbəti mövsüm Premyer Liqada çıxış etməyə, demək olar ki, artıq hazırıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib. I Divizionda mübarizə aparan əyalət təmsilçisinin rəhbəri bildirib ki, AFFA-nın Lisenziyalaşdırma Proqramının tələblərini yerinə yetiriblər:

"Dörd meyardan üçünə cavab veririk. Akademiyanı yaratmışıq. Bütün yaş qrupları üzrə komandalarımız var. Son olaraq U-19-u da formalaşdırmışıq. Baza və stadionla bağlı problemimiz yoxdu. Zaqatalada mövcud olan futbol infrastrukturu respublikada ən yaxşılardandı. Qalır bir tək sponsor məsələsi…

Bilirsiz ki, klubumuz AFFA tərəfindən maliyyələşir. Sağ olsunlar, bügunədək "Zaqatala"ya həmişə diqqət göstəriblər. Başqa bir yerdən davamlı davamlı maddi dəstək almırıq. Hələ AFFA ilə kluba sponsor tapıb-tapmayacaqlarını müzakirə etməmişik. Bu, onlardan asılı məsələdi. Açığı, özüm də AFFA-yla bu haqda danışmağa tələsmirəm.

Komandaamız gərək nəticə göstərsin, çempion olsun, heç olmasa, ikinci yeri götürsün ki, AFFA ilə sponsor barədə danışmağa sözümüz olsun. Divizionda yer tutub, Premyer Liqada oynamaq istəyirik. İstəmirəm ki, bizi nəticə əldə etmədən ora buraxsınlar. Mən biləni, federasiya "Zaqatala"nı Premyer Liqada görmək fikrindədi. Bunun üçün komandamız da öz üzərinə düşəni etməlidi.

Divionda gərgin mübarizə gedir. Əsas oyunlar qabaqdadı. Heyətimiz yaxşıdı. "Turan"a uduzandan sonra bir qədər də toparlanmalıyıq. Lisenziyalaşdırma məsələlərini klub olaraq həll edirik. Nə çatışmazlıq varıydısa, hamısını aradan qaldırmalıyıq. Komanda qarşısına qoyulan məqsədə çatsa, inanıram ki, AFFA sponsor məsələsini də yoluna qoyub, bizi Premyer Liqaya buraxacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti