"Rəvan"a 1:2 hesabıyla uduzduqları matçdan sonra "Şəmkir"in sükanı arxasından istefa verən Qəhrəman Əliyevin işsiz günləri cəmi 4 gün çəkdi.
Sportinfo.az-ın məlumatına görə, təcrübəli mütəxəssis 6 ay öncə ayrıldığı "Bakı"ya qayıdıb.
5 il paytaxt təmsilçisində çalışmış Əliyev həvəskarlar liqasında mübarizə aparan komandada Novruz Əzimovla tandem yaradıb.
Debüt da uğurlu alınıb. "Bakı" öz meydanında "Hövsan"a 14:1 hesabıyla qalib gəlib.
“Zolaqlılar” ilk yarıda 6, fasilədən sonar isə 8 qol vurub. Bununla da, 8-ci oyunda 7-ci qələbəsini qazanıblar. Hazırda aktivində 22 xal olan “Bakı” çempionatın potensial lideridi.

