"Pulu hardan alırıq? Lap müstəntiq kimi sual verirsiz"

18 Fevral 2017 12:54 I Divizion 851
"Pulu hardan alırıq? Lap müstəntiq kimi sual verirsiz"

"Şərurspor"un prezidenti Sərdar Bağırov yanvarın ilk günlərində həbs olunub. Naxçıvanlı iş adamı vergidən yayınmaqda ittiham olunur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Bağırov artıq 3 dəfə məhkəmə qarşısına çıxarılıb. Klub sahibinin fevralın 22-25-i aralığında həbsdən azad olunması gözlənilir. "Şərurspor" bu müddətdə maliyyə problemi ilə üzləşibmi? Düzdü, maddi çətinliklər hazırda bütün komandalara təsir edir və elə biri yoxdu ki, bundan şikayətlənməsin. Arxasında bir fiziki şəxsin, yaxud şirkətin dayanmasından asılı olmayaraq.

Ardıcıl devalvasiyalar, neft böhranı hamını "vurub". I Divizion təmsilçisinin çətinliyi ilə başında dayanan biznesmenin dəmir barmaqlıqlar arxasına göndərilməsidi. Baş məşqçi Əfqan Talıbov Sportinfo.az-a bildirib ki, əməkhaqlarının ödənilməsində fasilə yaranmayıb: "Sərdar müəllimlə hər həftə danışıram. Komandanın hər işiylə maraqlanır. Hansı futbolçu getdi, kim gəldi, necə məşq edirlər, oyunların gedişi və nəticələri - ümumiyyətlə, hər şeylə.

Mən mütəmadi olaraq ona məlumat verirəm. Bu insan futbolla yaşayır və mən də özümə borc bilirəm ki, komandanı düzəldim, daha da yaxşı nəticələr qazanaq. Prezident 40 gündən çoxdu Kürdəxanıdadı. Sərdar müəllimin kiçik qardaşı tez-tez məşqlərə gəlir, komandayla görüşür, problemləri soruşur.

Nə çətinlik varsa, hamısını yerindəcə həll edir. Bilirsiz ki, divizion klubları Peşəkar Futbol Liqasına 300 min manatlıq bank zəmanəti verib. "Şərurspor" da yayda həmin sənədi onlara təqdim edib. Nə fərqi var, pulu bankdan götürürük, yoxsa əlbəəl alırıq? Lap müstəntiq kimi sual verirsiz… Əsas odu, pulumuzu vaxtında alırıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti