PREZİDENT: "Komandaya xəbərdarlıq elədim ki, öhdəliyi yerinə yetirməsəz, sərt tədbir görəcəm"

17 Fevral 2017 20:24 I Divizion 1 435
PREZİDENT: "Komandaya xəbərdarlıq elədim ki, öhdəliyi yerinə yetirməsəz, sərt tədbir görəcəm"

"Tovuzda 10 nəfər qalmış rəqibə uduzduq. Məni üzən də budu. Qalib gəlməli olduğumuz halda, səfərdən məğlub dönmək adama pis təsir edir" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.

Dünən I Divizionun liderləri Tovuzda üz-üzə gəldi. Turnir cədvəlinin zirvəsində yer alan "Turan" ikinci hissənin gedişində qırmızı vərəqəyə üzülsə də, 83-cü dəqiqədə vurduğu qolla 3 xalı qazandı. Bununla da qərbilərlə ən yaxın izləyicisi arasında xal fərqi 5 oldu.

M.Qurbanovun bildirdiyinə görə, komandanın qarşısına çempionluq məqsədi qoyub. Minimum hədəf isə gümüş medaldı: "İkinci dövrə başlayanda ümumi iclas keçirdim və hamıya dedim ki, 3 tura filan qədər xal qazanmalısız. Xəbərdarlıq elədim ki, əgər bu öhdəliyi yerinə yetirməsəz, sərt tədbir görəcəm. Hələlik bu tədbirin nədən ibarət olduğunu açıqlamağım tezdi. Üçüncü oyun da keçsin, vəziyyətə baxacam.

Mən də istərdim ki, üç tura 9 xal yığaq. Bu futboldu, həmişə istədiyini əldə edə bilmirsən. Komandamız Tovuzdakı oyunun ilk hissəsini zəif keçirdi. "Turan" "qırmızı" alandan sonra böyük qüvvə ilə hücuma atılıblar, müdafiə yaddan çıxıb. "Turan"ın siz deyən, elə bir başqa qol vəziyyəti olmayıb. İki epizod yaradıblar, ikisi də qol olub. Futbolda isə udanı mühakimə etmirlər, çünki nəticə əsasdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti