"Səbail" Almaniyadan gələn millinin qapıçısına nə verir?

17 Fevral 2017 15:36 I Divizion 930
"Səbail" Almaniyadan gələn millinin qapıçısına nə verir?

"Səbail"in yeni qapıçısı Emil Balayev də MOİK-lə oyunda "Səbail" formasıyla debüt edən oyunçular arasında idi. Sportinfo.az xəbər verir ki, oyundan sonra qapıçı jurnalistlərə bir sıra açıqlamalar verib. 23 yaşlı qapıçı əvvəlcə komandaya uyğunlaşma prosesindən danışıb:

"Komandaya yanvarın 14-də qoşulmuşam. Artıq "Səbail"ə uyğunlaşmışam. Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirdik və həmin qarşılaşmalar mənim üçün uğurlu alındı. Mehriban kollektivimiz var".

Emil "Səbail"ə keçidi haqqında da fikirlərini bildirib: "Qarabağ"da idim. Sonra məsləhət oldu ki, icarə əsasında "Səbail"də çıxış edim. Keçmişə nəzər salsaq, "Araz Naxçıvan"dan "Neftçi"yə qayıtmış, sonra da "Ayntraxt"a yollanmışdım. Futbolda belə şeylər olur. "Səbail" mənim üçün böyük bir təcrübədir".

Emil komandadakı gələcəyi haqda isə bunları deyib: ""Səbail"in uğurları üçün çalışacam. Bizim işimiz məşqlərdə özümüzü göstərməkdir. Qiymətləndirməni isə məşqçilər korpusu verir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti