"Ağayevin müalicəsinə 2 min lazımdı, "Şəmkir" rəhbərliyi söz versə də…"

17 Fevral 2017 15:00 I Divizion 977
"Ağayevin müalicəsinə 2 min lazımdı, "Şəmkir" rəhbərliyi söz versə də…"

"Futbolçumun vəziyyəti o qədər də yaxşı deyil. Beyin travması keçirib. Yəqin ki, 1 aydan tez futbola dönməyəcək" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev deyib. O, "Şəmkir"lə görüşdə komaya düşən Sərxan Ağayevin son durumu barədə redaksiyamıza məlumat verib.

AFFA-nın İntizam Komitəsi I Divizionda çıxış edən “Şəmkir”in futbolçusu Cəmil Hacıyevi bu səbəbdən cəzalandırıb. XV turun “Şahdağ”la matçında qırmızı vərəqə alan müdafiəçi bağışlanmayıb. Oyunun 66-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Cəmil 4 matçlıq kənarlaşdırılıb. “Şəmkir” ona görə 320 manat cərimə ödəyəcək.

Ağayev Hacıyevin kobudluq etməsi nəticəsində huşunu itirərək yerə yıxılıb. Üz nahiyəsinə bilərəkdən vurulan dirsək zərbəsindən 2 dişi sındı və huşunu itirib. İlkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan, Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

3 saat huşsuz vəziyətdə qalan Sərxan rentgen müayinəsi və müalicə üçün Gəncə Mərkəzi Xəstəxanasına aparılıb. Klub rəhbərliyi onu Qusara gətirmək istəsə də, həkimlər Sərxanın uzaq yola çıxmasının tez olduğunu bildiriblər. Daha sonra o, ailə üzvlərinin istəyi və klub rəhbərliyinin razılığı ilə 1 gün Şəmkirdə yaxınlarının evində qalıb. Ev şəraitinə buraxılan Sərxan hal-hazırda həkim nəzarəti altındadı.

K.Əlibabayevin bildirdiyinə görə, hücumçusu beyin silkələnməsi keçirməklə yanaşı, çənə nahiyəsi irinlə dolub: "İk idişi sınıb, üçü yerindən oynayıb. Ön tərəfdən 5-6 dişi ciddi zədələnib. Dişlərinin dibi irinləmişdi, həkimlər tez əməliyyat etdilər. Başında hələ də ağrılar var. Müaliəcisi bir neçə həftə çəkəcək. Gəncədə xəstəxanaya 250 manatı mən öz cibimdən vermişəm.

550-600 çıxıb artıq. Əlavə olaraq, 1500-2000 manat lazımdı. Pul boş şeydi, bu hadisə Sərxanın özünə çox pis təsir eləyib. Bu gün də onun təsiri altındadı. "Şəmkir" rəhbərliyindən maraqlanıblar, söz veriblər ki, köməklik göstərəcəklər. Bugünədək onlardan heç nə görməmişik. Cəmil deyir ki, Sərxanı qəsdən vurmamışam. Qəsdən necə vurmasın ki, top artıq meydandan çıxmışdı?

Top meydandan çıxandan sonra Sərxanı vurursansa, bunu bilərəkdən etmədiyinə necə inanım? Tək bu epizod deyil. Şəmkirdəki oyunda başımıza çox iş gəldi. Hakim təmiz qolumuzu saymadı, Ruslan Poladovun və digər futbolçuların bizimkilərə qarşı kobudluq etməsinə göz yumdu. Hakimlik barədə çox şey danışmaq olar. Biz orda uduzmamalıydıq. Mən belə qələbəyə sevinməzdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti