"Şəmkir" Premyer Liqaya çıxsa, nazir komandanı ona tapşıracaq - ƏN AĞIR NAMİZƏD

17 Fevral 2017 11:36 I Divizion 1 412
"Şəmkir" Premyer Liqaya çıxsa, nazir komandanı ona tapşıracaq - ƏN AĞIR NAMİZƏD

Xəbər etdiyimiz kimi, “Şəmkir”in baş məşqçisi Qəhrəman Əliyev dünən axşam istefa verib. O, "Rəvan"a məğlubiyyətdən sonra (1:2) klub rəhbərliyi ilə görüşərək, vəzifəsindən getmək istədiyini bildirib və istefasını qəbul görüb. Komandanı müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mehman Yunusov çalışdıracaq.

Rəsmi açıqlamada belə qeyd olunur. "Şəmkir"ə kimin gətirilmək istənilməsini də qoy, biz açıqlayaq. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, klub prezidenti Elvin Səfərlinin gözü Ağasəlim Mircavadovdadı. Vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə aid edilən gənc iş adamı təcrübəli mütəxəssisi 16 illik aradan sonra qərb rayonuna qaytara bilməyi arzulayır.

Hazırkı məşqçi korpusunda yer alan Mehman Yunusovla Rauf Mehdiyev vaxtilə Mircavadovun rəhbərliyi altında "Şəmkir"in formasını geyinib. Ağasəlim bəy 7 ildən artıqdı öz sahəmi üzrə çalışmır. "Xəzər Lənkəran"dan ikinci dəfə ayrılandan sonra heç bir klubun sükanı arxasına keçə bilməyib.

Hazırda AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi gününü keçirir və ayda 1000 manat maaş alır. Ürəyi gedir yenidən baş məşqçi olmaq üçün. Ola bilsin, yayadək "Şəmkir"i qeyri-rəsmi şəkildə çalışdırsın, yaydan isə əməli surətdə. Bu da asılıdı AFFA-nın I Divizion təmsilçisini Premyer Liqaya buraxıb-buraxmamasından. Yerli futbol publikası da onun dönüşündən yanadı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti