"Şəmkir" Qəhrəman Əliyevi "Rəvan"a qurban verdi

17 Fevral 2017 00:24 I Divizion 776
"Şəmkir" Qəhrəman Əliyevi "Rəvan"a qurban verdi

Birinci divizion təmsilçisi “Şəmkir”in baş məşqçisi Qəhrəman Əliyev istefa verib. Sportinfo.az xəbər verir ki, klubdan edilən açıqlamada Əliyevin "Rəvan"a məğlubiyyətdən sonra (1:2) klub rəhbərliyi ilə görüşərək istefa vermək istədiyi qeyd edilib.

Klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Komandanı müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mehman Yunusov çalışdıracaq. 15 oyundan sonra hesabında 28 xal olan "Şəmkir" birinci divizionda 3-cü pillədə qərarlaşıb. "Qırmızı-ağlar" lider "Turan Tovuz"dan 8 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti