"Şəmkir"in prezidenti bu rüsvayçılığı Əliyevə bağışlayacaqmı?

16 Fevral 2017 18:00 I Divizion 1 066
"Şəmkir"in prezidenti bu rüsvayçılığı Əliyevə bağışlayacaqmı?

Bu gün I Divizionda 16-cı turun növbəti 3 oyunu keçirilib. Turnir cədvəlinin zirvəsində yer alan "Turan" ən yaxın izləyicisi olan "Zaqatala"nı Tovuzdan məğlub yola salıb. Əsgər Abdullayevin üzünü keçmiş baş məşqçi Nizami Sadıqovun oğlu İlkin Sadıqov güldürüb. Onun 88-ci dəqiqədə vurduğu qol qərbliləri "Zaqatala"dan 5 xal uzaqlaşdırıb.

MOİK-in uğursuz günlərinin sırasına daha biri Ağsuda əlavə olunub. Müşviq Qənbərovun ayağının altını qazaraq komandanın sükanı arxasına keçən Ramil Əliyevi gözəgörünməz qüvvə cəzalandırır. İkinci dövrənin açılış matçında "Səbail"ə 0:2 hesabıyla yenilən "Rıba" bu gün "Ağsu"nun qələbəsinə şahidlik edib.

16 fevral, heç şübhəsiz, "Şəmkir"in tarixinə növbəti "qara gün" kimi düşəcək. FİFA-nın ardıcıl sanksiyaları üzündən mövsümə 0 xalla davam edən "Rəvan"a məğlubiyyət bağışlanmazdı. Oturub-durub, yatıb-qalxıb Premyer Liqanı arzulayan klub rəhbərliyi, görəsən, indi nə fikirləşir? Qəhrəman Əliyevi növbəti dəfə gecənin bir çağı "ağ-qırmızılar"ın sükanı arxasından kənarlaşdırmayacaqlar ki?

Doğrudan da, çox maraqlıdı: prezident Elvin Səfərlinin ağlından nə keçir? Bilmək istərdik. Təəssüf ki, o, bizim üçün əlçatmazdı. ABŞ-ın keçmiş prezidenti Barak Obamanı tapmaq onunla ünsiyyət qurmaqdan daha asandı. Qəhrəman Əliyevin özüylə əlaqə yaratmaq da bir müsibətdi.

Dünyaca ünlü xəfiyyə - Ceyms Bond da Azərbaycana gəlsə, müəyyənləşdirməyə çətinlik çəkər ki, o, bu dəqiqə altdadı, yoxsa üstdə. Təbii ki, söhbət yerin altından və üstündün gedir. Dəqiq olansa budu ki, "Şəmkir" bu məğlubiyyətlə çempionluq yolunda ağır zərbə aldı, turnir cədvəlində özündən yuxarıdakıların çox altında qaldı.

Birinci Divizion. Tur ​15
“Turan Tovuz” - “Zaqatala” 2:1

Qollar: Rəhman Musayev, 14-pen; İlkin Sadıqov, 88 - Emin Mehtiyev, 56.

“Rəvan” - “Şəmkir” 2:1
Qollar: Məhəmməd Alıyev, 24-pen; 82 - Qeyrət Qənbərov, 38 pen.

“Ağsu” - MOİK 1:0
Qol: Elnur Səmədov, 63.

N Klublar O Q H M T-F X
1 Turan Tovuz 15 11 3 1 36-6 36
2 Zaqatala 15 10 1 4 48-19 31
3 Şəmkir 15 9 1 5 23-13 28
4 Səbail 14 9 1 4 45-19 28
5 Ağsu 15 8 3 4 29-14 27
6 Mil-Muğan 15 7 4 4 23-19 25
7 Qaradağ Lökbatan 14 8 1 5 31-16 25
8 Şərurspor 15 7 3 5 31-21 24
9 MOİK 15 6 3 6 32-20 21
10 Şahdağ 14 4 3 7 19-29 15
11 Energetik 14 2 2 10 11-53 8
12 Bakılı 14 2 1 11 19-52 7
13 Göyəzən 14 1 2 11 7-48 5
14 Rəvan 15 4 0 11 16-41 3
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti