I Divizionda kapitandan narazılıq: "Məcburam" - FOTO-LENT

16 Fevral 2017 11:48 I Divizion 844
I Divizionda kapitandan narazılıq: "Məcburam" - FOTO-LENT

Dünən I Divizionda XVI tura start verilib. “Şərurspor” öz meydanında “Mil-Muğan”la qarşılaşıb. Qonaqlar Samir Babayevin 27-ci dəqiqədə vurduğu yeganə qolla qələbə qazanıb. “Şərurspor”un baş məşqçisi Əfqan Talıbov Sportinfo.az-a açıqlamasında nəticənin ədalətli olmadığını bildirib:

"Gözəl oynamadıq, çox gözəl oynadıq. Çempionatın ən baxımlı futbolunu sərgilədik. Rəqibin ayağına top dəymirdi. İkinci hissədə iopa nəzarət 70-in 30-a idi. Bu qədər qol vəziyyəti yaratdığımızı xatırlamıram. Bizdən daha kimdə qol vəziyyəti olmadı ki… Heç olmasa, birini vurmalıydıq.

"Mil-Muğan"a bir-iki epizod düşdü, onun da birini vurdu. Digər epizodda isə qapıçımız inanılmaz top çıxardı. Bütün futbol ictimaiyyəti stadionda idi, hamı gördü ki, "Şərurspor" meydanda ağalıq edirdi. Bu oyundan sonra məcburam əsas heyətdə dəyişikliyə gedim. Birinci elə kapitan Anar Ağayevdən başlayacam.

"Bakılı"dan gətirdiyim Vüsal Nağıyev də potensialından hələ tam açmayıb. Komandamızda 3 iraqlı legioner oynayır - Məhəmməd, Vahab və Əli Kamal. Vahab topla yaxşıdı, di gəl, oyunun gedişini dəyişə bilmir. Hücumun istiqamətini sağdan-sola keçirməyə gecikir. O, hələ bizim sistemə öyrəşməyib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti