"Şəmkir"in prezidenti onu necə aldadıb? "Məni gecə baş məşqçi təyin elədi, səhər…"

15 Fevral 2017 18:03 I Divizion 2 007
"Şəmkir"in prezidenti onu necə aldadıb? "Məni gecə baş məşqçi təyin elədi, səhər…"

"Hazırda boş-bekaram, oturmuşam evdə. Hansı kluba lazımamsa, ordan da dəvət gözləyirəm. Sonuncu təklif mənə bir müddət əvvəl "Şəmkir"dən gəlmişdi" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçala"nın sabiq baş məşqçisi Kamal Quliyev deyib.

I Divizionda son 2 mövsümün çempionu olan və yayda birdən-birə fəaliyyətini dayandıran klubun çalışdırıcısı AFFA-nın yadına düşməməsindən gileylənib. Onun bildirdiyinə görə, yenidən birinci dəstədə işləməyə razılaşsa da, "Şəmkir"in prezidenti Elvin Səfərli son anda qərarını dəyişib:

"Özü mənə zəng vurdu, gəldi, oturub danışdıq. Klubun gələcəyi ilə bağlı xeyli fikir mübadiləsi apardıq, sonda razılaşdıq. Məndən çempionluq istədi, dedi, bunu etmək olarmı? Onda komanda birinci yerdən 9 xal geridə idi. Mourinyo ilə danışsaydı, heç o da bu vədi Elvin Səfərliyə verməzdi. Mən isə özümə inandım, dedim ki, əsas rəhbərin etimadıdı, əgər inansaz və arxamda dayansaz, "Şəmkir"i çempion edərəm.

"Şəmkir"i gücləndirməyin, çempion ətməyin yollarını ona başa saldım, yeni futbolçuların alınmasının vacibliyini izah elədim. Fikirlərimə diqqətlə qulaq asdı, dedi ki, elə bu gecə səni baş məşqçi qoyuram. Belə də söhbəti qurtarıb ayrıldıq. "Şəmkir"in bir gecəlik baş məşqçisi oldum… Səhər bir də eşitdim ki, qərarını dəyişib. Niyə fikrindən döndü, kim ona nə dedi - düzü, bilmirəm. Özü də sonra mənimlə əlaqə saxlamadı. İnanıram, bir gün elə bir oğlan ortalığa çıxacaq, çempion olmaq istəyəcək və məni çağıracaq, sözünün də üstündə axıradək duracaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti