"Səbail"in yeni transferi, MOİK-lə oyunda ikinci qolunun müəllifi olan Eltun Yaqublu klubun rəsmi "facebook" səhifəsinə açıqlamalar verib. Sportinfo.az xəbər verir ki, "Neftçi"dən icarəyə götürülən müdafiəçi bunları söyləyib: "Ağır oyun olacağını bilirdik. Təlim-məşq toplanışı zamanı da bu qarşılaşmanın çətin keçəcəyini başa düşürdük.
Bu səbəbdən oyuna çox yaxşı hazırlaşmışdıq. Komanda olaraq meydanda əzmlə mübarizə apardıq. Fikrimcə, rəqibi təkcə hesabda yox, oyun planında da üstələdik. Sevinirəm ki, debüt oyunumda qol hesabımı açdım. Qolu kimin vurmasından asılı olmayaraq, əsas olan komandanın qələbəsidi. Çalışacağıq qələbələrin davamı gəlsin".

