"Şəmkir"in futbolçusu vurub 2 dişini sındırdı, həkimlər evə getməyə qoymadı

14 Fevral 2017 11:48 I Divizion 819
"Şəmkir"in futbolçusu vurub 2 dişini sındırdı, həkimlər evə getməyə qoymadı

I Divizionda mübarizə aparan "Şahdağ" bəyanat yayıb. XV turu çərçivəsində "Şəmkir"lə baş tutan səfər oyunu ilə bağlı. Bildirilir ki, komandanın hücumçusu Sərxan Ağayev üzücü hadisə ilə rastlaşıb. Sportinfo.az xəbər verir ki, o, 60-cı dəqiqədə rəqibin müdafiəçisi Cəmil Hacıyevin kobudluq etməsi nəticəsində huşunu itirərək yerə yıxılıb:

"Üz nahiyəsinə bilərəkdən vurulan dirsək zərbəsi nəticəsində Sərxan Ağayevin iki dişi sınıb və huşunu itirib. Hadisə baş verən kimi komandamızın həkimi tərəfindən ilk tibbi yardım göstərilsə də, vəziyyəti ağır olan oyunçu təcili yardım maşını ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

3 saat huşsuz vəziyətdə olan Sərxan Ağayev rentgen müayinəsi və müalicə üçün Gəncə Mərkəzi Xəstəxanasına aparılıb. Bundan sonra özünə gəlib və həkimlərin razılığı ilə xəstəxanadan evə buraxılıb. Klub rəhbərliyi onu Qusara gətirmək istəsə də, həkimlər Sərxanın uzaq yola çıxmasının tez olduğunu bildiriblər. Daha sonra o, ailə üzvlərinin istəyi və klub rəhbərliyinin razılığı ilə 1 gün Şəmkirdə yaxınlarının evində qalıb. Ev şəraitinə buraxılan Sərxan hal-hazırda həkim nəzarəti altındadı, vəziyəti yaxşıdı və bu gün doğma rayona gətiriləcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti