"Səbail"in kapitanı Saşa Yunisoğlu: "Çempionluğa oynayırıq"

14 Fevral 2017 09:24 I Divizion 730
"Səbail"in kapitanı Saşa Yunisoğlu: "Çempionluğa oynayırıq"

"Səbail"in kapitanı Saşa Yunisoğlu I Divizionun 15-ci turu çərçivəsində qarşılaşdıqları MOİK-lə oyun haqqında fikirlərini klubun rəsmi "facebook" səhifəsinə bildirib. Sportinfo.az xəbər verir ki, o, bunları söyləyib: "Oyun komandamız üçün yaxşı keçdi. Xüsusilə birinci hissədə komandanın oyunu uğurlu alındı. Fikrimcə, oyun ərzində məşqçinin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməyi bacardıq.

Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağa başlasaq da, ikinci qol nəticəni müəyyənləşdirdi və bizi son dəqiqələrdə meydanda bir qədər rahatlaşdırdı. Növbəti oyunumuz "Qaradağ Lökbatan"a qarşı olacaq. Çempionluğa oynayırıq və rəqibdən asılı olmayaraq, bütün oyunlarda məqsədimiz qələbədir".

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM