I Divizionda mübarizə aparan “Şahdağ” qış transfer pəncərəsində heyətini daha üç futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, 11 futbolçu ilə yollarını ayıran qusarlılar "Turan Tovuz"dan yarımmüdafiəçi Vüqar Asaliyev, "Bakılı"dan qapıçı Ələkbər İsmayılov və hücumçu Musa Musayevi transfer edib. Hər üç futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

