Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında XVI tura start verilib. Sportinfo.az-ın məlumatına görə, günün yeganə qarşılaşmasında AZAL-la “Qarabağ” görüşüb. Qalib gəlib, 1-ci pilləyə yüksəlmək şansı olan ağdamlılar autsayderlə səfər matçında 1 xalla kifayətlənib. Azərbaycan millisinin sabiq futbolçusu, əsas heyətə düşməkdə çətinlik çəkən Vüqar Nadirovun da fərqləndiyi matç məhsuldar heç-heçə ilə nəticələnib – 3:3.
AZAL - “Qarabağ” 3:3
Renat Aşurov, 17; Elçin İsmayılov, 61; Eltun Hüseynov, 81 - Elgün Nəbiyev, 25; Salman Cəfərov, 46; Vüqar Nadirov, 50
1 Qəbələ 15 10 2 3 34-15 32
2 Qarabağ 16 9 4 3 30-17 31
3 Neftçi 15 9 1 5 23-17 28
4 Zirə 15 6 5 4 19-15 23
5 İnter 15 5 5 5 9-10 20
6 Kəpəz 15 3 5 7 13-20 14
7 Sumqayıt 15 4 1 10 22-34 13
8 AZAL 16 3 1 12 22-44 10

