I Divizion keçirilməyəcək

1 Fevral 2017 16:48 I Divizion 874
I Divizion keçirilməyəcək

I Divizionun XIV turunun bütün oyunları təxinə salınıb. Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Buna səbəb ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti göstərilib. Qərara alınıb ki, turun bütün görüşləri fevralın 27-də keçirilsin.

XIV turda “Şərurspor” – “Şəmkir”, “Ağsu” – “Bakılı”, “Energetik” – MOİK, “Turan Tovuz” – “Rəvan”, “Səbail” – “Mil-Muğan”, “Göyəzən” – “Qaradağ Lökbatan” və “Şahdağ” – “Zaqatala” qarşılaşmaları oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM