Qəfil zəng gəldi, "Rəvan"ı Tovuza getməyə qoymadılar!

1 Fevral 2017 14:48 I Divizion 826
Qəfil zəng gəldi, "Rəvan"ı Tovuza getməyə qoymadılar!

Sabah keçirilməli olan "Turan Tovuz" - "Rəvan" oyunu təxirə salınıb. I Divizionun II dövrəsinin ilk tur qarşılaşması fevralın 27-nə ertələnib. Bu da hava şəratinin kkəskin pisləşməsi - qərb bölgəsinə normadan artıq qar yağmasıyla əlaqədardı.

Sportinfo.az-a bu barədə məlumat verən "Rəvan"ın vitse-prezidenti İlqar Axundov deyib: "Bir az əvvəl mənə dedilər ki, AFFA oyunu təxirə salıb. Ümumiyyətlə, əksər rayon oyunlarını başqa vaxta keçiriblər. Qazax, Mingəçevir, Qusar və başqa yerlərdə. Ayın 27-nə salıblar.

AFFA bir azdan rəsmi elanı öz saytında yerləşdirməlidi. Bu gün rayona çıxmalıydı komanda. Bayaq baş məşqçi və futbolçuların iştirakıyla iclas da keçirilmişdi. Bəhmən Həsənov rəhbərliyin komandadan nə istədiyini, vəzifələri izah etdi. Xəbər gələndən sonra Tovuza getmədik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti