Premyer Liqaya iddialı komanda “Sakaryaspor”la qarşılaşacaq

03:20 I Divizion 81
Premyer Liqaya iddialı komanda “Sakaryaspor”la qarşılaşacaq

“Səbail” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində Türkiyədə növbəti yoxlama görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, Boluda təlim-məşq toplanışında olan komanda bu gün “Sakaryaspor”la qarşılaşacaq.

Elnur Abdullayevin rəhbərlik etdiyi kollektivin oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Səbail” Türkiyədəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçında Şimali Kipr Türk Cümhuriyyətinin TOL klubunu 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!