
I Divizionda 2022/2023 mövsümünün gümüş mükafatçısı “Neftçi-2” komandası medallarına qovuşub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 36-cı turunun “Neftçi” – “Sabah” oyunundan əvvəl komanda mükafatlandırılıb.
“Neftçi-2”yə medalları PFL prezidenti Elxan Səmədov, “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev və klubun müşahidə şurasının üzvü Səməd Qurbanov təqdim edib.
Baş məşqçi Rəşad Abdullayevin mərasimə balaca qızı ilə qatılması gözdən yayınmayıb.