Azərbaycan klubu dünyaca məşhur futbolçunun transferi ilə bağlı SON QƏRARI VERDİ

6 Noyabr 2024 14:40 I Divizion 5 653
Azərbaycan klubu dünyaca məşhur futbolçunun transferi ilə bağlı SON QƏRARI VERDİ

Raja Naynqqolanın karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi dəqiqəlşib.

İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçinin "Karvan"la apardığı danışıqlar artıq yekunlaşıb.

36 yaşlı ulduz I Liqa təmsilçisindən kifayət qədər yüksək əməkhaqqı tələb edib. Odur ki, Yevlax klubu Belçika yıtmasının sabiq üzvüylə münasibətləri rəsmi müstəviyə keçirməyib.

O, karyerası ərzində "Roma" və "İnter"dən başqa, İtaliyada "Kalyari" və SPAL, Belçikada "Antverpen"in formasını geyinib.

Son olaraq İndoneziyada "Bhayanqkara"nın şərəfini qoruyub. Bu ilin iyul ayından azad agentdir. Hazırda onun transfer dəyəri 325 min avrodur.

SPORTİNFO.AZ

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM