COP29

İcra başçısı xoş gündə komandanı tək buraxmadı - VİDEO

23 May 19:20 I Divizion 1 682
İcra başçısı xoş gündə komandanı tək buraxmadı - VİDEO

Azərbaycan I Liqasının qalibi olan "Şamaxı" mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, tədbir Şamaxı şəhər stadionunda gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim olunub. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, PFL əməkdaşı Məlik Həsənov təqdim ediblər.

"Şamaxı" 27 turdan sonra 57 xalla I Liqanın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti