"Şahdağ"ın köhnə-yeni baş məşqçisi: "Sponsora dedim ki…"

20 Yanvar 2017 18:48 I Divizion 1 015
"Şahdağ"ın köhnə-yeni baş məşqçisi: "Sponsora dedim ki…"

"Mən bura kömək məqsədilə gəlmişəm. Fikrimiz çempionatı birtəhər başa vurmaq, komandanı yay çıxarmaqdı" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şahdağ"ın köhnə-yeni baş məşqçisi Kamran Əlibabayev deyib.

Bir müddət əvvəl Adil Mahmudovu bu postda əvəzləyən qusarlı mütəxəssis doğma şəhərinin təmsilçisinin əsas probleminin yenə də maliyyə ilə bağlı olduğunu bildirib: "Yaxınlarda klubun prezidenti Ərəstun Niftiyevi də götürüb, sponsor şirkətin ofisinə getmişdik.

Ordakılara dedim ki, futbol bəlkə də sizə lazım deyil, amma bizə, rayonumuza lazımdı. Söz verdilər ki, "Şahdağ"a gücləri çatan qədər dəstək duracaqlar. Komanda indi oteldə qalır. Yemək-içməyimiz var. Qusarda bu dəqiqə hava şəraiti əlverişsizdi. Qar, yağış, soyuq… Ona görə də yoxlama oyunlarını gəlib Bakıda keçiririk.

Şirkətdən xahiş etmişəm ki, 3-4 ay uşaqlara maaş verin, sonrası görək necə olur. Bir nəfər də legioner saxlamamışam. Ümumiyyətlə, kənardan kim gəlibsə, hamısını yola salmışam. Komandada qalanlar ancaq qusarlı uşaqlardı, onlar da çox pul istəmirlər.

Bir az pul versinlər ki, bu uşaqlar da məcburiyyətdən komandanı tərk edib getməsin. Əsas çempionatı başa vurmaqdı. Belə getsə, "Şahdağ"ı yaşatmağın tək yolu yayda başqa sponsor tapmaqdı. Allah kərimdi, qismət olsa, ovaxtadək bu problemi həll edərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti