Birinci Liqada mübarizə aparan “İrəvan”da xaos yaşanır.
Yayda klubla müqavilə bağlayan futbolçular aylardır maaş üzünə həsrətdir.
Klub rəhbərliyi oyunçulara bir neçə dəfə məvaciblərin veriləcəyini bildirsə də, vədə əməl olunmayıb.
Çıxılmaz vəziyyətdə qalan futbolçular baş məşqçi Nazim Süleymanova giley-güzar edib.
Baş məşqçi bir qədər səbr etməyi söyləyib, oyunçuların israr etdiyini görüncə onlara “Kim oynamaq istəmir, qapılar açıqdır” cavabını verib.
Nəticədə futbolçular komandanın bugünkü məşqini boykot edərək məşqə çıxmayıb.
Maaşlar verilməyənə qədər heç kim məşq etməyəcək.
Növbəti mövümdə Premyer Liqada iştirak etməyi qarşısına iddia qoyan və bunun üçün ölkənin sayılıb-seçilən futbolçularını heyətinə toplayan “İrəvan” Birinci Liqada 4 turdan sonra topladığı 10 xalla liderdir.
HƏBİB

