Son vaxtlar yenidən hakimlikdən şikayətlər artmağa başlayıb.
Narazılığın əhatə dairəsi Premyer Liqa ilə məhdudlaşmır. I və II Liqa təmsilçiləri də «fit sahibləri»ndən gileylidir.
AFFA rəhbərliyi, o cümlədən bu sıraya daxil olan Hakimlər Komitəsinin sədri Barış Şimşek bütün bunlardan xəbərdardır. Amma kimə deyirsən… Şimşəyin problemləri aradan qalodırmağa gücü çatmır.
Bəli, çatmır.
Ara-sıra verdiyi cəza tədbirləri «ədalət təmsilçiləri»ni heç yerindən tərpətmir də. Onlardan bir neçəsi meydanda futbolçular tərəfindən döyüləcək - vəziyyət buna doğru gedir.
Tərəfkeşlik, qərəz, başqa maraqlar – bax bu da var problemin mənbəyində. AFFA-nın, yaxud Peşəkar Futbol Liqasının hansı mənsubu çıxıb desə ki, hakimlərin yanlış qərarları yalnız təsadüfə bağlıdır, bilin, yalan danışır, özü də gözünün içinə kimi!
Təqdim etdiyimiz videoya diqqətlə baxın. Burada göstərdiyimiz iki epizod da I Liqanın 4-cü turunda keçirilmiş «Difai» - «Qaradağ- Lökbatan» matçındandır (0:1).
İnqilab Məmmədov 29-cu dəqiqədə Qarbağ qazilərinin təmsilçisi olan «Difai»nin əleyhinə yanlış qərar verib.
O, qapıçıyla üzbəüz çıxan Seyxan Fərəcovun özünü yerə atmasını penalti olaraq «qiymətləndirir» və Coşqun Əsədzadəyə sarı vərəqə göstərir.
Protokola baxıb görürük ki, eynəyini unudub evdə qoyan Məmmədov «Difai»nin müdafiəçisinin bu epizodda qeyri-idmani hərəkətə yol verməsini yazıb.
Halbuki kadrlardan açıq-aşkar görünür ki, Coşqun rəqibin hücumçusuna toxunmayıb - nə əllə, nə ayaqla.
Ev sahiblərinin qapıçısı Aleksandr Prikrotsov topa daha tez toxunur və onun istiqamətini dəyişir, Orxan isə sanki zərbə alıbmış kimi meydana sərilip.
İnqilabın simulyanta sarı vərəqə göstərmək əvəzinə penalti nöqtəsini nişan verir.
Bir də videoda əksini tapan ikinci fraqmentə baxın. Dəqiqə 81. Autdan topu qəbul edən «Difai»nin hücumçusu Bəhlul Əliyev «Qaradağ»ın müdafiəçisinin davamlı kobud müdaxiləsi nəticəsində cərimə meydançası daxilində yerdə qalır.
İnqilab Məmmədov epizoda yaxındır, amma özünü heç nə olmamış kimi aparır, üzünü yana çevirir.
Xeyir ola, Xeyrullanın toyudur? Nə toy, nə zad…
AFFA-ya təklif edirik ki, «Qara» ləqəbli referinin «Qaradağ Lökavtan»ın qeyri-rəsmi baş məşqçsi Füzuli Məmmədovla münasibətlərini, həmçinin Elçin adlı ortaq dostlarını araşdırsınlar.
Ümumiyyətlə, gördüklərimizə əsasən bu qənaətə gəlmişik ki, AFFA və PFL hakimlik sahəsindəki problemləri aradan qaldırmaqda acizdir. Artıq məsələyə hüquq-mühafizə orqanları qarışmalıdır.
Burada çoxlu gizlinlər var və əminik ki, müvafiq qurumlar təhiqiqata start versə, qısa bir müddət sonra çox faktlar üzə çıxacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

