“Biz bu durumdan çıxacağıq” - “Neftçi”sevərlərə səsləndi, söz verdi

13 Oktyabr 2023 20:00 I Divizion 965
“Biz bu durumdan çıxacağıq” - “Neftçi”sevərlərə səsləndi, söz verdi

Yaydakı dəyişikliklərdən sonra böyük ümidlər bəslənən “Neftçi” Premyer Liqadakı əsas rəqibi “Qarabağ”a boyun əydi.

“Ağ-qaralar” doğma meydanda, doğma azarkeşlərinin önündə 0:2 hesablı məğlubiyyətdən boyun qaçıra bilmədi.

Matç başa çatandan sonra “Neftçi”sevərlərin narahatlığı anlaşılan idi. Fanatlar öncə Emin Mahmudovu, daha sonra Yuri Matiası tribunanın qarşısına dəvət edib, futbolçulara narazılıqlarını bildirdilər.

Komandanın aparıcı futbolçularından olan Mark Tamaş azarkeşlərin etirazını normal qəbul edir.

Macarıstanlı müdafiəçi Sportinfo.az-a açıqlamasında “Neftçi”nin azarkeşlərinə səslənib:

“Azarkeşlərimizin etirazını və narazılığını çox yaxşı başa düşürəm. Onlar çempionluq üçün mübarizə aparmalı olan komandanın hazırkı nəticələrini qəbul edə bilmir.

Bu, normaldır. Vəziyyətdən çıxmalı, üst pillələrə yüksəlməliyik.

Azarkeşlərizə demək istəyirəm ki, biz bu durumdan çıxacağıq. Mövsüm yeni başlayıb, komandada yeni futbolçuların sayı çoxdur.

Bu dönəmdə bizə dəstək lazımdır. Fanatlarımızı yanımızda görmək istəyirik. İndiki vəziyyətdə onların dəstəyinə ehtiyacımız var.

Söz verirəm, biz çempionluq mübarizəsinə qoşulub, sona qədər döyüşəcəyik”.

“Neftçi” 9 turdan sonra topladığı 12 xalla 10 komanda arasında 5-ci pillədə yer alıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti