“Araz Saatlı”nın yeni baş məşqçisi ilə anlaşma şərti məlum olub.
Rüfət Quliyev bölgə təmsilçisini I Liqada saxlamalıdır.
Bunun üçün ona əlavə büdcə ayrılıb. Quliyevə imkan yaradılıb ki, aylıq maaşı 1200-1500 manat olan bir neçə futbolçu gətirsin.
O, futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarda çıxış edib. İranda “İstiqlal” və “Sanat-Naft”ın heyətində legioner həyatı yaşayıb. “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb.
2012-2019-cu illərdə “Ağsu”nu çalışdırıb. I Divizonda bir dəfə 1-ci, bir dəfə 2-ci, iki dəfə üçüncü yeri tutub.
“Ağsu”nun fəaliyyətini dayandırmasının səbəbi də məlumdur – danışılmış oyunlarda eütləvi iştirak. AFFA məhz bu üzdən komandanı aşağı liqadan kənarlaşdırıb.
Aran təmsilçisi Rüfət Quliyevlə mövsümün sonunadək müqavilə imzalayıb. O, oktyabrın 19-da Saatlı OİK Stadionunda “Difai Ağsu”ya qarşı oyunda debüt edəcək.
“Araz“ I Liqanın geridə qalan 4 turunda xal qazana bilməyib. Rəqib qapılarına yol tapmayan və 20 qol buraxan debütant turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ

