Eynəyini Ağsu aşırımında “itirən” Premyer Liqa hakimi elə biabırçı qərar verdi ki… VİDEO+FOTOREPORTAJ

5 Oktyabr 2023 16:40 I Divizion 1 019
Eynəyini Ağsu aşırımında “itirən” Premyer Liqa hakimi elə biabırçı qərar verdi ki… VİDEO+FOTOREPORTAJ

I Liqada dördüncü turun görüşləri start götürüb.

Çempionatda debüt mövsümünü keçirən «Difai» Ağsuda «Qaradağ Lökbatan»la qarşılaşıb.

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov bu matça da öz bədnam «damğa»sını vurub.

Təyinat aldığı əksər Premyer Liqa oyunlarında özünü yaxşı tərəfdən göstərə bilməyən baş hakim aşağı dəstənin qarşılaşmasında da ciddi səhvlə yadda qalıb.

Ağsuda qapılara cəmi 1 qol vurulub ki, onu da Məmmədovun ayağına, daha doğrusu, fitinə yazmaq lazımdır. «Qara» ləqəbli «fit sahibi» 29-cu dəqiqədə Qarbağ qazilərinin təmsilçisi olan «Difai»nin əleyhinə yanlış qərar verib.

O, qapıçıyla üzbəüz çıxan Seyxan Fərəcovun özünü yerə atmasını penalti olaraq «qiymətləndirib» və Coşqun Əsədzadəyə sarı vərəqə göstərib.

Protokola baxıb görürük ki, eynəyini unudub evdə qoyan Məmmədov «Difai»nin müdafiəçisinin bu epizodda qeyri-idmani hərəkətə yol verməsini yazıb.

Halbuki kadrlardan açıq-aşkar görünür ki, Coşqun rəqibin hücumçusuna toxunmayıb - nə əllə, nə ayaqla.

Ev sahiblərinin qapıçısı Aleksandr Prikrotsov topa daha tez toxunub və onun istiqamətini dəyişib, Orxan isə sanki zərbə alıbmış kimi meydana sərilib.

İnqilabın simulyanta sarı vərəqə göstərmək əvəzinə penalti nöqtəsini nişan verməsi təəssüf və təəccüb doğurur… Eləcə də «Difai»nin onun xətası nəticəsində növbəti məğlubiyyəti alması.

SPORTİNFO.AZ

Ağsu şəhər stadionu. 50 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Kərim Zeynalov
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Ruslan Bayramov, 14 (qeyri-idman hərəkəti); Coşqun Əsədzadə, 28 (qeyri-idman hərəkəti); Məqsum Qənbərli, 35 (qeyri-idman hərəkəti); Seymur Rəhimov, 90+5 (qeyri-idman hərəkəti)
Qol: Seyxan Fərəcov, 29 (p.)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

“Difai Ağsu”

1. Aleksandr Prikrotsov
99. Məqsum Qənbərli
98. Elçin Əliyev
(13. Nazim Bağırov, 46)
71. Coşqun Əsədzadə
28. Rəhman Quliyev
(44. Hacı Rüstəmov, 80)
10. Tahir Zeynalov (k)
33. Ruslan Bayramov
50. Qurban Hüseynov
2. Seymur Rəhimov
8. Ramin Süleymanov
(19. Rəsul İbrahimov, 46)
16. Emil Quluzadə
(7. Bəhlul Əliyev, 65)

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
14. Samir Əliyev
55. Mehdi Əliyev

Baş məşqçi: Paşa Əliyev

“Qaradağ Lökbatan”

25. Əmrah Zülfüqarlı
77. Sərxan Abdullayev
8. Urfan İsmayılov (k)
5. Murad Qayalı
6. Xəyal Tomarov
17. Kənan Cəfərov
(27. Mircamal Əlizadə, 90+5)
7. Sultan Mustafayev
(88. Tunar Mütəlimov, 89)
9. Xəlil Bəşirov
(33. Fərid Mahmudov, 83)
11. Seyxan Fərəcov
15. Mehdi Tahirov
4. Asif Məmmədov

Ehtiyat oyunçular:

90. Cavidan İzzətli
21. Novruz Məmmədov
22. Mehman Məsimov
44. Cavidan Rəhimli
3. İsa İsayev
19. Mehdi Həşumov

Baş məşqçi: Azər Həşimov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti