Bu gün I Liqada 4-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
"Zaqatala" "Karvan"la 2:2 hesablı bərabərə qalıb. "Difai Ağsu" isə "Qaradağ Lökbatan"ı qəbul edib və 0:1 hesabı ilə uduzub.
"Karvan" 8 xalla (4 oyun) 1-ci pilləyə yüksəlib. 3 oyundan 7 xal yığan "Şamaxı" 2-ci pillədə qərarlaşıb. MOİK 7 xalla (3 oyun) 3-cüdür.
Turun digər görüşləri sabah keçiriləcək.
4 oktyabr (çərşənbə)
“Zaqatala” – “Karvan” - 2:2
Qollar: Uensley Ondo, 19-avtoqol (1:0), Bəhruz Teymurov, 43 (2:0), Petr Kinqs, 86 (2:1), 88 (2:2)
Qırmızı vərəqə: Rüstəm Nuruyev, 64 ("Zaqatala")
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Zaqatala OİK stadionu, 15:00
“Difai Ağsu” – “Qaradağ Lökbatan” - 0:1
Qol: Seyxan Fərəcov, 27-pen.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Kərim Zeynalov, İslam Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Ağsu şəhər stadionu, 15:30
5 oktyabr (cümə axşamı)
13:00. “İrəvan” – “Araz Saatlı”
“ASK Arena”
15:00. MOİK – “Şamaxı”
Binə qəsəbə stadionu
15:30. “Mingəçevir” – “İmişli”
Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionu
|
BOMBARDİRLƏR:
Emin Zamanov ("Şamaxı") - 4 qol
Cəlal Cəbrayılov ("Şamaxı") - 3 qol
İsa Zeynallı (MOİK) - 2 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 2 qol
Xəzər Mahmudov ("İmişli") - 2 qol
İzzət Müştaqov ("Karvan") - 2 qol
Peter Kinqs ("Karvan") - 2 qol
Akif Tağıyev ("Karvan") - 2 qol

