Tanınmış məşqçi "Karvan"dan təklif alıb? - AÇIQLAMA

3 Oktyabr 2023 17:00 I Divizion 3 520
Tanınmış məşqçi "Karvan"dan təklif alıb? - AÇIQLAMA

"Yevlaxa böyük futbolun qayıtmasına sevindim. İnşallah, yaxşı oyunları ilə yüksək liqaya vəsiqə qazanarlar.

Yevlaxda futbol üçün bütün imkanlar var. Bircə qalır Premyer Liqaya vəsiqə əldə etmək".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Karvan"ın bu ildən birinci liqada çıxış etməsinə münasibət bildirən Yunis Hüseynov dilə gətirib.

Bilirik ki, təcrübəli mütəxəssis bölgə klubunun tarixinə adını yazdırmış biridir. Klub onun rəhbərliyi altında tarixinin ən parlaq nəticələrin qazanıb. UEFA kubokunda ilk mərhələ keçən Azərbaycan komandası olub.

Maraqlıdır, doğma klubdan ona təklif gəlibmi? Hüseynovu dinləyək:

"Yox, təklif almadım. Düzdü, "Karvan" mənim üçün çox doğmadı. Hazırda komandanın baş məşqçisi Kənan Kərimov çalışır.

Kənan mənim futbolçum olub. Ona böyük hörmətim var. İnanıram ki, komandanı yüksək yerlərə daşıyacaq".

58 yaşlı çalışdırıcı sonda "Birinci liqadan təklif gəlsə, çalışmağa hazırsınızmı" sualına isə belə reaksiya verib:

"Karvan" doğma komandadır. Söhbət bu komandadan getmir. Amma iddiası Premyer Liqaya çıxmaq olan, imkanları bunu qarşılayacaq klub olsa, əlbəttə, hər bir məşqçi çalışmaq istər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti