I və II Liqanın oyunlarının vaxtını dəyişdirdilər

26 Sentyabr 2023 02:20 I Divizion 628
I və II Liqanın oyunlarının vaxtını dəyişdirdilər

Azərbaycan 1-ci Liqasının 3-cü, Azərbaycan 2-ci Liqasının 4-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən 2-ci Liqanın "Dinamo"- "Füzuli" oyunu 28 sentyabr, 1-ci liqanın "Qaradağ Lökbatan" - "İrəvan", "Araz Saatlı"- "Mingəçevir" və "Karvan" - "Difai Ağsu" oyunları 29 sentyabr tarixlərinə keçirilib.

Oyunların yeri və saatı ilə bağlı dəyişiklik yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti