
AFFA «Zaqatala»ya maddi dəstək olmaq məqsədilə bu rayonda tədbir keçirib.
Toplantıda federasiyanın, yerli İcra Hakimiyyətinin, Futbolun İnkişaf Fondunun (FİF) rəsmiləri ilə yanaşı, iş adamları iştirak edib.
Yığıncaqda Birinci Liqada mübarizə aparan klubun çətin dönəmdən keçməsi, köməyə ehtiyacının olması ilə bağlı söhbətlər aparılıb.
Bir neçə saat çəkən müzakirələrdə qeyd olunub ki, rayonun eyniadlı təmsilçisinin iddialı hala gəlməsi, Premyer Liqaya vəsiqə qazanması üçün yardım kampaniyasının davamlı hal alması vacibdir.
Fəqət, toplantıdan əməli nəticə çıxmayıb. İcra Hakimiyyəti və ora yığışan sahibkarlar «Zaqatala»ya vəsait ayırmayıb.
Hamı «kömək edəcəyik» sözü versə də, klubun büdcəsinə 1 manat daxil olmayıb.
SPORTİNFO.AZ