Qurban Qurbanovun qardaşı doğma rayonunun komandasına 2 legioner "hədiyyə" etdi

24 Sentyabr 23:00 I Divizion 2 287
Qurban Qurbanovun qardaşı doğma rayonunun komandasına 2 legioner "hədiyyə" etdi

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanov «Zaqatala»ya öz köməkliyini göstərib.

O, uzun illər rəhbəri olduğu kluba 2 legioner «hədiyyə» edib.

Belə ki, M.Qurbanov Qabondan olan Steyn Essono və Uoren Lloydun Azərbaycanda legioner həyatı yaşamasına şərait yaradıb. Hər iki hücumçunun bütün xərcləri tanınmış futbol adamı tərəfindən qarşılanıb.

Musa Qurbanov 2015-ci ildən – «Zaqatala»nın yarandığı vaxtdan ta bu ilin iyuluna kimi onun başında dayanıb.

İki ay öncə Müşahidə Şurasının sədri postundan gedib. Onu bu vəzifədə Şaban Şirdanov əvəzləyib.

Qurbanovun ayrılması klubun maliyyə vəzyyəti ilə əlaqədardır. AFFA «Zaqatala»ya illərdir az vəsait ayırdığından, buradan getməyi məsləhət bilib.

Bununla belə, günü bu gün də doğma rayonunun təmsilçisinə maddi-mənəvi dəstəyini əsirgəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"