I Liqanın önəmli matçında gözümüzə dəyənlər - Az azarkeş, bol legioner, tanınmış simalar

23 Sentyabr 2023 22:40 I Divizion 1 011
I Liqanın önəmli matçında gözümüzə dəyənlər - Az azarkeş, bol legioner, tanınmış simalar

Birinci liqada ikinci turun açılış görüşü "ASK Arena"da baş tutdu.

Burada "İrəvan" "Karvan"ı qonaq etdi.

Tərəflərin qarşılaşmasına turun matçı da deyə bilərik.

Bu minvalla yollandıq matçın keçirildiyi məkana.

Amma tribunalardan bunu sezmək mümkünsüz idi. Təxminən 10 min nəfərlik tutumu olan stadionda vur-tut 100-150 nəfər ancaq olardı. Onların da əksəriyyəti qonaq fanatlar idi.

Sükuti isə əksər vaxt elə qonaq tərəfdarlar pozdurdu.

Bir neçə dəfə isə "İrəvan" rəhbərliyinin ətrafında oturanların klubun adını səsləndirməsini qeyd edə bilərik.

Lakin tamaşaçılardan fərqli olaraq görüşü izləyən tanınmış futbol adamları az deyildi.

Söhbət "Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov, "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov, Premyer liqanın bombardiri olan digər "Araz"lı Orxan Əliyev, "Qarabağ" Futbol Akademiyasının koordinatoru Səttar Əliyevdən gedir.

Mövsümə inamlı qələbələrlə başlayan hər iki tərəf liqa səviyyəsində kifayət qədər iddialı heyət formalaşdıra bilib.

Əbəs deyil ki, meydanda 5 legioner mübarizə aparırdı.

2-si meydan sahibləri, 3-ü qonaqların formasında.

Elə matça damğasını vuranlar da onlar oldu. Söhbət hər iki komandanın qolkiperindən gedir.

Qarşılaşmanın qolsuz bərabərliklə bitməsində məhz "İrəvan"dan Andrey Sinenka, "Karvan"dan Tornike Kvaratsxeliyanın əməyi böyük oldu.

Xüsusi ilə belaruslu legioner ikinci yarı minimum 3-4 dəfə "İrəvan"ı real qoldan xilas etdi.

Ümumiyyətlə, "Karvan" heyət, büdcə baxımından rəqibinə uduzsa da oyun baxımından daha yaxşı görünən tərəf oldu.

Görünür, son anda komandanın başına keçən ötənlərin məşhur futbolçusu Nazim Süleymanov hələ də istədiyi komandanı formalaşdıra bilməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti