Birinci Liqanın oyunlarını izləyənlər arasında çox sayda afrikalının olması diqqətimi çəkməyə bilməz.
Təbii ki, ilk ağıla gələn odur ki, yəqin tribuna əyləşən futbolçular meydanda mübarizə aparan komandaların yeni transferləridir.
Və ya baxışdan keçmək üçün ölkəmizə üz tutublar.
Amma kiçik araşdırmadan sonra məlum oldu ki, onları ölkəmizə gətirən adam futbolsevərlərə tanış simadır.
Söhbət nigeriyalı sabiq futbolçu Erik Obidikedən gedir.
Azərbaycana 2005-ci ildə Nigeriyanın “Nigeria Porth Authority” klubundan gələn Erik Obidike “Şahdağ” , “Neftçi" , “Muğan” , “Turan” , MOİK və "Şuşa" klublarında çıxış edib.
O, indi də istedadlı həmyerlilərini kəşf etmək yolunu seçib.
Belə ki, nigeriyalı afrika ölkələrindən gələn əcnəbilərdən müəyyən məbləğdə pul alır.
Və həmin futbolçulara Abşeron Olimpiya Kompleksinin futbol meydanında məşqlər keçir.
Özünü yaxşı tərəfdən göstərənlər müxtəlif klublarımıza yoxlanışa göndəriləcək.
Nigeriyalı legioner işə təxminən 2 ay olar başlayıb.
Hələki Ericin "afrikalı bazarı"nda altivlik hiss olunmur.
Amma yaxın gələcəkdə aşağı liqa klublarına kütləvi afrikalı axını görsəniz .
XANOĞLAN / SPORTİNFO.AZ

