.jpg)
Azərbaycan II Liqasında III tuta yekun vurulub.
"Şəmkir" doğma meydanda "Dinamo"nu qəbul edib.
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Daxili İşlər Nazirliyinin təmsilçisinin heyətində Vüqar Əlizadə 18 və 27-ci dəqiqələrdə iki qol vurub. Gənc hücumçu hesabı açandan sonra «əsgər salamı» verməsiylə diqqət mərkəzinə düşüb.
Komanda yoldaşları da ona qoşularaq, erməni separtatçıların Qarabağda törətdiyi terror nətixcəsində həlak olan 7 polis əməkdaşının ruhuna ehtiram göstərib.
«Dinamo» ilk hissədə daha 1 qol vurub. Klub prezidenti Yaşar Seyidovun oğlu Valeh Seyidov ardıcıl üçüncü turda da fərqlənib.
Vaxtilə Portuqaliyada legioner həyatı yaşamış forvard rəqib müdafiəçinin uzaqlaşdırmaq istədiyit topun istiqamətini qapıya tərəf dəyişib.
"Şəmkir" yalnız ikinci yarıda özünə gəlib. Ev sahibləri Sənan Həsənov (52) və Kərəm Əhmədli (61) ilə adını tabloya yazdırıb.
Oyun 99 dəqiqə davam etsə də, qərb təmsilçisi qalan 38 dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olmayıb.
Xallarını 6-ya yüksəldən "Dinamo" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Şəmkir" isə səkkizinci yerdədir.
SPORTİNFO.AZ