
"Karvan" birinci liqanın ikinci turunda "İrəvan"ın qonağı olub.
Bərabərliklə bitən matçda (0:0) Yevlax klubunun qapısını legioner futbolçunun qoruması diqqətdən qaçmayıb.
Ötən tur Şahin Zəkiyevlə meydana çıxan komandanın qapısında bu dəfə Tornike Kvaratsxeliya peyda olub.
Gürcüstanlı futbolçunun 24 yaşı var.
Karyerası yalnız ölkəsi ilə bağlıdır.
O, yerli "Merani" və "Aragvi" klublarında çıxış edib.
Hər iki komanda ikinci liqa təmsilçiləridir.
Xatırladaq ki, Yevlax təmsilçisi daha əvvəl Peter Kinqs (Nigeriya) və Anqenor Qnaprini (Fil Dişi Sahili) heyətinə qatıb.
XANOĞLAN / SPORTİNFO.AZ