
Birinci liqada ikinci tura start verilib.
Turun şok nəticəsi elə birinci oyun günündə yaşanıb.
Çempionluğa iddialı "İmişli" MOİK-lə səfər matçında məğlub olub.
Binə qəsəbə stadionunda keçirilən matçda Samir İbrahimovun 54-cü dəqiqədə penaldan vurduğu qol qarşılaşmanın taleyin həll edib.
Meydan sahiblərindəndən Həsrət Mürsəlovun 78-ci dəqiqədə qırmızı vərəqə alaraq oyundan qovulması da bölgə klubunun dadına çatmayıb.
İmişli təmsilçisi yayda yeni sponsorla əməkdaşlıq müqaviləsi imzalayıb.
Bundan sonra hədəfləri böyüyən klub baş məşqçi postuna təcrübəli mütəxəssis Əsgər Abdullayevi gətirib.
Bundan başqa heyətə iki afrikalı legioner və Mehman Hacıyev, Nodar Məmmədov, İlyas Səfərzadə, Xəzər Mahmudov kimi Premyer Liqa təcrübəsi olan futbolçular cəlb olunub.
İlk turda "Araz Saatlı"nı darmadağın edən (0:3) kollektivə ümidlər böyük idi.
Amma elə ikinci turdaca iddialılardan hesab olunmayan, təcrübəsiz və kasad heyətə malik MOİK-ə məğlubiyyət ondan xəbər verir ki, Abdullayevin işi aşağı liqada elə də asan olmayacaq.
XANOĞLAN İMANOV