"Şəmkir" rəqib tanımır: Superliqa klubunu da məğlub etdilər

17 Yanvar 2017 20:12 I Divizion 1 250
"Şəmkir" rəqib tanımır: Superliqa klubunu da məğlub etdilər

İkinci dövrənin hazrılıqlarını Antalyada davam etdirən "Şəmkir" növbəti yoxlama oyununa çıxıb. Sportinfo.az xəbər verir ki, Antalyada məskunlaşan qərb klubumuzun budəfəki rəqibi "Okjetpes" olub.

Qazaxıstan Superliqasının 5-ci pilləsində qərarlaşan rəqiblə qarşılaşmanın taleyini 1 qol həll edib və sevinən tərəf "Şəmkir" olub. Komandamızın yeganə qolunu 35-ci dəqiqədə Ruslan Voronsov vurub.

Qeyd edək ki, şəmkirlilər ilk yoldaşlıq görüşü çərçivəsində Türkiyənin aşağı liqa təmsilçisi "Kuşadasıspor"a 1:0, Qazaxıstanın aşağı liqa klubu "Kiran"a isə 2:1 hesabı ilə qalib gəlmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti