Qardaşını üzdü, yeni iş yerində 3 gün qaldı, baş məşqçi postunu tərk etdi

24 Yanvar 2023 17:20 I Divizion 836
Qardaşını üzdü, yeni iş yerində 3 gün qaldı, baş məşqçi postunu tərk etdi

I Divizionda gözlənilməz hadisə baş verib.

Dövrələrarası fasilədə Səbuhi Həsənovu komandanın sükanı arxasından göndərən «Qaradağ Lökbatan»ın yeni çalışdırıcısı ilə işbirliyi qısa sürüb

. Son olaraq «Sabah»ın akademiyasında işləmiş Araz Bağırov burada cəmi 3 gün görəvdə qalıb.

Maraqlıdır ki, o, bu arada qəsəbə təmsilçisini meydana çıxarmağa da imkan tapıb və qardaşıyla üz-üzə gəlib. Belə ki, Azər Bağırovun baş məşqçisi «Araz Naxçıvan»la yoxlama görüşü «Qaradağ»ın 2:0 hesablı qələbəsiylə bitib.

Qəsəbə təmsilçisi mövsümün geridə qalan hissəsini zəif keçirib. Son çempion 14 tur ərzində cəmi 18 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bundan əvvəl MOİK çalışdırıcısını dəyişib. Şəhriyar Məmmdovu bu postda Qəzənfər Abbasov əvəzləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"