.jpg)
Ötən ilin sonları "Səbail"dən ayrılan Şahin Zəkiyev karyerasını ölkə xaricində davam etdirmək üçün Polaşaya üz tutmuşdu. Uzun çək-çevirdən sonra aşağı liqa təmsilçisi "Mamri" ilə bütün detallarda razılıq əldə edən qolkiper yeni il ərəfəsində Bakıya qayıtmışdı.
Şahin bu gün üçün Polşaya qayıtmalı və "Mamri" ilə rəsmi müqaviləyə imza atmalıydı. Amma dünən mətbuatda 22 yaşlı qapıçının "Turan Tovuz"a keçəcəyi yazıldı. Onunla əlaqə saxlayıb, başverənlərə aydınlıq gətirməsini istədiki.
Zəkiyev Sportinfo.az-a açıqlamasında bunları dedi: "Polşa klubuna keçidimlə bağlı hər şey rəsmiləşmişdi. Hətta klubun rəsmi səhifəsi keçidimlə bağlı paylaşım da etmişdi. Amma sonra həmin paylaşım silindi. Nə olduğunu özüm də anlamadım. Artıq bu transferin baş tutmayacağıq dəqiqdir. Yəqin ki, legioner həyatı yaşamaq istəyim bir müddət də uzanacaq. "Turan Tovuz"dan dəvət almışam. Razılaşa bilsək, karyeramı ölkəmizdə davam etdirəcəm".