Orxan Məmmədov "Zirə"li futbolçuları bu cür motivasiya etdi

21 Sentyabr 2020 22:40 Zirə 1 165
Orxan Məmmədov "Zirə"li futbolçuları bu cür motivasiya etdi

«Zirə»də mükafatlandırma ilə bağlı sistem dəyişib.

Sportinfo.az-ın məlumatına görə, bu, klubun fəxri prezidenti Orxan Məmmədovun qərarıdır.

O, komandanı motivasiya etmək məqsədilə hər oyun üçün mükafat təyin edib.

Əvvəl belə deyildi. Zaur Həşimovun kollektivi çalışdırdığı dönəmdə prinsiplər başqa cür işlənmişdi: futbolçular əlavə pul bəxşişini yalnız avrokuboka vəsiqə qazanacaqları halda alacaqdı.

İndi belə deyil – meydandan qələbə ilə ayrıl, tərin soyumamış məbləği al.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"