“Zirə” kimlərin qənimidir?

10 Mart 2020 11:06 Zirə 712
“Zirə” kimlərin qənimidir?

“Zirə” Azərbaycan Premyer Liqasında 20-ci səfər qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, yubiley 20-ci turun “Səbail”lə qarşılaşmasına təsadüf edib.

“Qartallar” “ASCO Arena”da təşkil olunan görüşdə 3:1 hesablı qələbə qazanıb. Komanda 20-ci uğuruna 70-ci matçında çatıb. 2017/18 mövsümündə daha çox – 6 səfər qarşılaşmasından qalib ayrılan “Zirə” 2015/16 mövsümündə 5 dəfə rəqib meydanında üç xala sevinib.

2018/19 mövsümündə 4, 2016/17 mövsümündə isə 3 belə qələbə qeydə alınıb. “Səbail” üzərindəki qalibiyyət cari mövsümün ikinci səfər uğurudu. Rəqib meydanındakı son qələbəsini sentyabrın 14-də “Sumqayıt”la matçda (2:1) əldə edən “qartallar” Zaur Həşimovun rəhbərliyi altında ilk belə uğurunu rəsmiləşdirib.

“Zirə”nin ən çox səfər qələbəsi qazandığı rəqiblər – 4 dəfə məğlub etdiyi “Sumqayıt”la “Səbail”dir.

Digər Xəbərlər
Xəbər Lenti