“Zirə“dən təhqirə "YOX", Cavid Hüseynova sərt cəza - VİDEO

25 Fevral 2020 17:10 Zirə 1 145
“Zirə“dən təhqirə "YOX", Cavid Hüseynova sərt cəza - VİDEO

“Zirə“ rəhbərliyi komandanın kapitanı Cavid Hüseynovu böyük məbləğdə cərimələyib.

Sportinfo.az-ın məlumatına görə, bu, 5000 manat təşkil edib.

Buna səbəb onun “Qarabağ”la görüşün (0:6) 67-ci dəqiqəsində baş hakim Rəhim Həsənovu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmasıdır.

AFFA ona 4 oyunluq cəza, klubuna 3200 manat cərimə kəsib. Federasiyanın müəyyənləşdirdiyi məbləği Cavidin özü ödəyəcək (həmin epizoda 4:40-cı dəqiqədən etibarən baxa bilərsiz).

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM