"Zirə"nin fəxri prezidenti: "Görsənir ki, bir az problem var"

19 Fevral 2020 13:56 Zirə 869
"Zirə"nin fəxri prezidenti: "Görsənir ki, bir az problem var"

"Klubunun fəxri prezidentiyəm. Daim futboldayam və öz komandamla maraqlanıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov deyib.

O, komandanın hazırkı durumunun qənaətbəxş olduğunu vurğulayıb: "Bildiyiniz kimi "Zirə"də baş məşqçi dəyişikliyi eləmişik.

Əlbəttə ki, bəzi problemlər var. Premyer Liqanın XVII turunda "Qarabağ"a 0:6 hesabı ilə uduzduğumuz matçla bağlı deyə bilərəm ki, nəticə bizi qane eləmir.

Görsənir ki, nizam-intizamla bağlı bir az problem var. Son oyunlarda alınan vərəqələr bunu deməyə əsas verir.

Bu məsələlərlə bağlı məşqçiyə də göstəriş vermişəm. Məsələ tənzimlənəcək. "Zirə"nin bu mövsüm əsas məqsədi avrokuboklara düşməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM