"Zirə"nin sahibindən HAQLI İRAD VƏ TƏLƏB

11 Fevral 2020 19:56 Zirə 1 499
"Zirə"nin sahibindən HAQLI İRAD VƏ TƏLƏB

Premyer Liqanın 16-cı turunda «Sumqayıt»a 1:2 hesabıyla uduzan «Zirə»də bir sıra önəmli qərarlar alınıb.

Sportinfo.az-ın məlumatına görə, klubun fəxri prezidenti Orxan Məmmədov komandadan narazılığını ifadə edib.

Məşqçi korpusuna və futbolçulara istənilən şəraiti yaradan rəhbər, bunun müqabilində qeyri-sabit çıxışıyla yadda qalan kollektivdən nəticələri düzəltməsini tələb eləyib.

20 xalla turnir cədvəlinin 5-ci pilləsinə enən «qartallar» 3-cü sıraya qalxanadək mükafat almayacaq. Olsa belə, məbləğ 500 manatı keçməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?